Sönülü telefonda yeri müəyyən etməyin yolu

Sönülü telefonda yeri müəyyən etməyin yolu
21 Avq 2020 10:27


Smartfonlar məlumatları təkcə geolokasiya bağlı olanda deyil, həm də söndürüldükdə ötürür. Bu məlumatlar həm cihaz istehsalçılarına, həm də mobil operatorlara göndərilir.

bu barədə Rusiyanın “Jet infosistemləri” şirkətinin şəbəkə həlləri satışına dəstək qrupunun rəhbəri Dmitri Karosanidze bildirib.

Onun sözlərinə görə, “təyyarə rejimi”ndə olsa belə, smartfonun yerini izləmək mümkündür.

Mütəxəssis bildirib ki, ancaq batareyanı cihazdan çıxarmaqla (hansı ki, müasir cihazlarda bu mümkün deyil) nəzarət üçün tamamilə əlçatmaz olmaq mümkündür.

“Düyməli telefonlar da siqnal ötürür, lakin bu vəziyyətdə batareyanı cihazdan çıxarmaq daha asandır”, - deyə D. Karosanidze əlavə edib.

O bildirib ki, smartfonu müxtəlif radioşüalanmaya qarşı qoruyan xüsusi çexola yerləşdirmək də onun yerini müəyyənləşdirməyin qarşısını alır.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.