Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO
04 Fev 2022 16:24


Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.

Tipik olaraq, uçan mikrorobotlar üçün gücü mühərriklərdən qanadlara ötürmək üçün dişli çarxlardan və digər mürəkkəb ötürmə elementlərindən istifadə edilir. Bu isə dizaynı çətinləşdirir və onu daha ağır edir.

Yeni ixtirada isə elm adamları süni əzələlərdən istifadə edən qanad ötürücü sistemi hazırlayıblar. Alimlər dizaynda milçək kimi uçan həşəratlardan ilhamlanıblar.

Sistem LAZA adlandırılır.

İxtiraçılar hesab edirlər ki, LAZA sistemli robotlar həşəratlar qədər kiçik ola bilər və nadir çiçəkləri tozlandırmaq, yaxud dağılmış binaların altında insanları axtarmaq üçün əlverişlidir.


Mənbə: Gazeta.ru

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

1 Fev 2022
İT

“Google” “WhatsApp”ın vacib funksiyasını ləğv edir - FOTO

“Google” “Android”də “WhatsApp” istifadəçilərini söhbətlərin ehtiyat nüsxələrinin qeyri-məhdud saxlanması imkanından məhrum edəcək. Bundan sonra saxlanılan bütün mesajlar yer tutacaq.