Rusiyada vatsap bloklana bilər

Rusiyada vatsap bloklana bilər
18 Mar 2022 13:52

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

Rusiyalı istifadəçilər üçün baş vermiş problemlər haqqında “Megafon” və “Tele2” kimi telefon operatorlarından “Realpress.az”ın Rusiya bürosunun müxbirinə bildirilib ki, vatsap tətbiqinin pis işləməsinin mobil operatorlara heç bir aidiyyatı yoxdur: "Messencer bloklanır. İndi çoxları tətbiqin pis işləməsindən şikayətlənir. Bloklama ilk olaraq “Megafon” istifadəçilərinin işində dayanmalardan başlayıb”.

“Megafon”dan deyilib ki, hətta VPN xidməti quraşdırılsa belə vatsap bloklanacaq. Çünki istifadəçilər Rusiya ərazisində yerli nömrələrdən istifadə edirlər.

Şirkət nümayəndələrinin sözlərinə görə, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (“Roskomnadzor") “Meta” şirkətinin vahid platforması olan vatsapı bloklayır. İlk növbədə “IPhone” istifadəçiləri bloklanır.

“Roskomnadzor” isə vatsapın Rusiya ərazisində fəaliyyətinin məhdudlaşdırılması haqqında şayələri təkzib edib.

“Rusiya ərazisində vatsapın fəaliyyəti məhdudlaşdırılmayıb. “Roskomnadzor” servisin işindəki dayanmaları “Meta Platforms”un digər resurslarına (feyskuk və instaqram) tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirmir. Messencerlə bağlı çətinliklər başqa ölkələrdə də müşahidə olunur. 2021-ci ilin oktyabr ayında da oxşar hadisələr baş vermişdi. Həmin vaxt şirkət məsuliyyəti öz üzərinə götürmüşdü”, - qurumun Mətbuat Xidmətindən bildiriblər.

Xatırladaq ki, daha əvvəl instaqram, feysbuk və tvitter kimi sosial şəbəkələr Rusiya ərazisində bloklanıb. Bloklama ilə bağlı tələbi Rusiyanın Baş Prokurorluğu irəli sürüb.


11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.

1 Fev 2022
İT

“Google” “WhatsApp”ın vacib funksiyasını ləğv edir - FOTO

“Google” “Android”də “WhatsApp” istifadəçilərini söhbətlərin ehtiyat nüsxələrinin qeyri-məhdud saxlanması imkanından məhrum edəcək. Bundan sonra saxlanılan bütün mesajlar yer tutacaq.