Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH
Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.
Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər
Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.
Baş infeksionist: “Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz” - ŞƏRH
Bu günə qədər Azərbaycanda 1592 təsdiqlənmiş COVID-19 infeksiyasına yoluxma halı qeydə alınıb. 21 nəfər ölüb, 1013 nəfər sağalıb, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir. Onlardan 16-nın vəziyyəti ağır, 23-nün vəziyyəti orta-ağır, qalanlarının isə stabildir.