Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.
Təhsil Nazirliyindən verilən məlumata görə martın 11-dən başlayaraq orta məktəb şagirdləri üçün ölkə üzrə bütün siniflər və əksər fənlər üçün vahid teledərslər təşkil edilib, bir sıra orta ümumi təhsil müəssisələrində dərslərin onlayn şəkildə təşkili başlayıb və hazırda bu imkanların genişləndirilməsi nəzərdə tutulur.
Eyni zamanda, Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinə də təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində öz tövsiyələrini verib və bu fəaliyyət hazırda bır sıra ali təhsil müəssisələrində müvafiq qaydada təşkil olunub.
Bununla bağlı Nazirlik bildirir ki, tədrisdə yaranmış fasilə zamanı təlim-tədris prosesinin məsafədən təşkil edilməsi əsasən, tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, müvafiq təhsil proqramının mənimsənilməsinə hərtərəfli şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunması məqsədilə həyata keçirilir. Tələbələr bu prosesə öz töhfələrini verməli və yaradılan bu fürsətdən mümkün qədər yararlanmalıdırlar.
Bununla yanaşı, təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində atılan hər bir addım (onlayn mühazirə və seminarların təşkili, məlumatların tələbələrə elektron resurslar vasitəsi ilə ötürülməsi və s.) tələbələrin həmin prosesdə könüllü surətdə iştirakını ehtiva etməli və onların bu məqsəd üçün tələb olunan informasiya texnologiyaları vasitələrinə çıxış imkanlarının olub-olmaması (məsafədən təhsil üçün texniki alətlərin əlçatanlığını və əhatəliyini) nəzərə alınmalıdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.