Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin  sayının azalmasına münasibət bildirib

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib
21 Fev 2022 16:41

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

“Realpress.az” xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev qonşu ölkədə azərbaycandilli məktələrin sayının ildən-ilə azalmasına münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, məktəblərin bağlanmasına valideynlərin seçimi, miqrasiya, təhsil ocaqlarının vəziyyəti, müəllimlərin sayı və digər amillər təsir edir:

"Nəzərə almaq lazımdır ki, Gürcüstanda məktəblərin ümumi sayı son illərdə azalıb. Bu optimallaşdırma və rasionallaşdırmanın nəticəsi də ola bilər. Hazırda ən vacib məsələ ondan ibarətdir ki, milli mənsubiyyətindən asılı olmayaraq uşaqların keyfiyyətli təhsilə cəlb olunması prioritet götürülməlidir. Gürcüstandakı azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər görülməkdədir".


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.

18 Fev 2022
Elmi

Təhsil naziri: Şuşa ilə qardaşlaşmış şəhərlərin və məktəblərin sayı artırılacaq

“Şuşa İli” çərçivəsində Təhsil Nazirliyi bir çox tədbirlər keçirilməsini nəzərdə tutur. Müxtəlif müsabiqələr, uşaq festivalları təşkil olunacaq. İl çərçivəsində Şuşa ilə qardaşlaşmış şəhərlərin və məktəblərin sayı artırılacaq. Xarici tələbələrin, xüsusilə türkiyə tələbələrinin Şuşa şəhərinə səfərləri planlaşdırılır.