“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir
22 Fev 2022 16:29

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

Bu barədə “Realpress.az”a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin əsas məqsədi ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə 4 nominasiya üzrə (şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs) 3 mərhələdə keçirilir.

Martın 20-dək davam edəcək I mərhələdə (müəssisədaxili) peşə və orta ixtisas təhsili müəssisələri tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən iştirakçılar müəyyənləşdirilir. Hər nominasiya üzrə seçilmiş iştirakçıların siyahısı tərtib edilir və onlar haqqında məlumatlar (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi şeir, mahnı, rəqsin adı) martın 28-dək Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin grbye@mk.edu.az ünvanına göndərilir.

II mərhələyə (zona mərhələsi) müsabiqənin I mərhələsində I və II yerləri tutan iştirakçılar qatılır. III mərhələyə (respublika mərhələsi) müsabiqənin zona mərhələsində hər nominasiya üzrə I və II yerləri tutan iştirakçılar keçirilir. Respublika mərhələsi aprelin 27-si saat 11:00-da şeir və rəqs nominasiyası üzrə, aprelin 29-u saat 11:00-da mahnı nominasiyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə keçiriləcək.

Müsabiqə üzrə tələblər:

- Mahnı nominasiyası üzrə təqdim edilən ifa 3-4 dəqiqədən çox olmamalıdır (mahnı minusla və ya a kapella ilə oxuna bilər);

- Təsnif və xalq mahnıları nominasiyası üzrə təqdim olunan ifa 3-4 dəqiqədən çox olmamalıdır;

- Şeir nominasiyası üzrə ifa 3 dəqiqədən çox olmamalıdır;

- Rəqs nominasiyası üzrə ifa 3-4 dəqiqədən çox olmamalıdır (iştirakçılar milli rəqs geyimində olmalıdır);

Müsabiqədə I, II, III yerin qalibləri və fəal iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif ediləcəklər.

Müsabiqə ilə bağlı sual yarandığı halda (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə saxlamaq olar.


22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.

18 Fev 2022
Elmi

Təhsil naziri: Şuşa ilə qardaşlaşmış şəhərlərin və məktəblərin sayı artırılacaq

“Şuşa İli” çərçivəsində Təhsil Nazirliyi bir çox tədbirlər keçirilməsini nəzərdə tutur. Müxtəlif müsabiqələr, uşaq festivalları təşkil olunacaq. İl çərçivəsində Şuşa ilə qardaşlaşmış şəhərlərin və məktəblərin sayı artırılacaq. Xarici tələbələrin, xüsusilə türkiyə tələbələrinin Şuşa şəhərinə səfərləri planlaşdırılır.