İki ucuz “iPhone” modeli buraxılacaq

İki ucuz “iPhone” modeli buraxılacaq
18 Mar 2020 11:41

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır. Bu barədə “iOS 14” kodunda informasiyanı aşkarlayan “9to5mac” nəşrinin məlumatında deyilir.


 yeni əməliyyat sisteminin sistem kodunda jurnalistlər tərəfindən 4,7 və 5,5 düym diaqonallı ekrana malik iki qurğunun sadalandığı aşkarlanıb. Əvvəlki şayiələrə əsaslanan nəşr belə qərara gəlib ki, “Apple” şirkəti “iPhone SE” modelini əvəzləyəcək bir yox, iki smartfon hazırlayır. Qurğuların “iPhone 9” və “9 Plus” adlanacağı ehtimal olunur, lakin onların dəqiq adı barədə məlumat yoxdur. Şirkət sonuncu dəfə qoşa smartfonları – “iPhone 8” və “8 Plus” modellərini 2017-ci ildə təqdim edib.


Həmçinin jurnalistlər təsdiqləyib ki, hər iki qurğu “IPS” ekran, “Touch ID” barmaq izi skanerli “Home” düyməsi ilə təchiz ediləcək və “Apple Pay” funksiyasını dəstəkləyəcək. Qurğular aktual “iPhone 11” seriyalı smartfonların malik olduğu “Apple A13 Bionic” prosessoru ilə təchiz ediləcək. Smartfonların nümayiş tarixi barədə dəqiq məlumat olmasa da, nəşrin ehtimalına görə, onlar martın sonunadək – “iOS 13.4” əməliyyat sistemi ilə eyni vaxtda və ya onun buraxılışından sonra təqdim oluna bilər.


Martın əvvəlində məlum olub ki, “Apple” korporasiyası keçirilməsi planlaşdırılan yeni “iPhone SE 2” smartfonunun təqdimat mərasimini ləğv edib. Tədbirin ləğvinə iki amil təsir göstərib. Birincisi, “COVID-19” pnevmoniyasının yayılması ilə əlaqədar “Apple” smartfonlar üçün komponentlərin tədarükündə problemlərlə üzləşib. İkincisi, şirkətin mənzil-qərargahının yerləşdiyi və təqdimatın keçiriləcəyi Santa-Klara dairəsinin hakimiyyəti kütləvi tədbirlərin təşkilini qadağan edib.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.