1 milyarddan çox “Android” qurğusu kiberhücumlar qarşısında dayanıqsızdır

1 milyarddan çox “Android” qurğusu kiberhücumlar qarşısında dayanıqsızdır
07 Mar 2020 13:53

Dünyada “Android” sisteminin idarəetməsi altında işləyən 1 milyarddan çox qurğu haker hücumları qarşısında dayanıqsızdır, çünki həmin qurğular lazımi təhlükəsizlik yeniləmələri almır.
 
Realpress.az “securitylab.ru” saytına istinadən yazır ki, “Which?” resursunun araşdırmasına görə, dünyada “Android” istifadəçilərinin 42,1%-i sözügedən mobil əməliyyat sisteminin 6.0 və daha əvvəlki versiyalarından (Marshmallow (2015), Lollipop (2014), KitKat (2013), Jellybean (2012), Ice Cream Sandwich (2011) və ya Gingerbread (2010)) istifadə edirlər. Beləliklə, əməliyyat sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyən qurğuların istifadəçiləri zərərverici proqram təminatına yoluxma, məlumat itkisi və kiberhücum təhlükəsi altındadır.
 
Məlum olduğu kimi, ƏS-nin ən son versiyaları (Android 10, Android 9.0 Pie və Android 8.0 Oreo) təhlükəsizlik yeniləmələri alır, daha əvvəlki versiyalar isə haker hücumları qarşısında dayanıqsızdır. Mütəxəssislər araşdırma üçün “Motorola X”, “Sony Xperia Z2” və “Samsung Galaxy A5 2017” daxil olmaqla bir neçə mobil telefon modeli əldə ediblər və bu cihazların məlum boşluqlar qarşısında dayanıqsız olduğu məlum olub.

19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.