Robot ilk dəfə mikrocərrahiyyə əməliyyatı keçirib

Robot ilk dəfə mikrocərrahiyyə əməliyyatı keçirib
24 Fev 2020 11:49

Niderlandlı alimlər tərəfindən təqdim edilmiş robot ilk dəfə uğurlu mikrocərrahiyyə əməliyyatı keçirib. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, avtomatlaşdırılmış prosedurlardan sonra xəstələr daha sürətli şəkildə sağalırlar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Eyndhoven Texnologiya Universiteti və Maastrixt Universitetinin Tibb Mərkəzinin alimlərini birləşdirən Niderlandın "Microsure" startapı dünyada mikrocərrahiyyə üçün ilk klinik əlçatan cərrahi robot hazırlayıb. Cərrah tərəfindən idarə olunan robot əllərin hərəkətini dəqiq avtomatlaşdırılmış əməliyyatlara çevirir.

 

"Yeni robot bizə miniatür limfa və qan damarları üzərində əməliyyat aparmağa imkan verir. Biz robotun köməyi ilə istənilən ölçülü damarlar üzərində əməliyyatlar keçirə bilərik" – plastik cərrah Şan Syu Şao deyib.

 

Bu alət diametri 0.3-0.8 mm olan miniatür qan və limfa damarlarını birləşdirməyə imkan verir. Belə damarların birləşdirilməsinin çətin olduğuna görə hazırda yalnız az sayda cərrah supermikrocərrahiyyə əməliyyatı keçirmək qabiliyyətinə malikdir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.