“Alibaba”nın alqoritmi dodaqdan əvvəllər əlçatmaz olan dəqiqliklə oxuyur

“Alibaba”nın alqoritmi dodaqdan əvvəllər əlçatmaz olan dəqiqliklə oxuyur
07 Dek 2019 09:45

Dodaqdan oxuyan alqoritmlər artıq bir neçə ildir mövcuddur, ancaq onlar dəqiqlik göstəricisinə görə səs tanıma sistemlərindən geri qalırlar. "Alibaba" şirkəti, Çjeszyan Universiteti və Stivens Texnologiya İnstitutunun alimləri bu texnologiyanı təkmilləşdirməyə qərar veriblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, alimlər komandası təlim vaxtı həm dodaqdan oxuyan, həm də səs tanımasından istifadə edən "Lip by Speech" (LIBS) metodunu hazırlayıb. Tədqiqatçılar alqoritmi tənzimləmək üçün Çin dilində müvafiq olaraq 45 min və 100 min ifadədən ibarət iki informasiya massivindən istifadə ediblər.

 

Təlimə xüsusi yanaşma proqrama videonun məzmununu daha yaxşı anlamağa imkan verib. Nəticədə yeni alqoritm analoqları ilə müqayisədə dodaqdan daha yaxşı oxuyur.

 

Yaxın gələcəkdə "LIBS" tipli alqoritmlər eşitmə qüsurlu insanların həyatını xeyli asanlaşdıracaq. Onlar subtitrsiz video və ya televiziya verilişlərini izləyə biləcəklər.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.