Avstraliyada “Əşyalar interneti”nin təhlükəsizliyinin təmini üzrə kodeks layihəsi hazırlanıb

Avstraliyada “Əşyalar interneti”nin təhlükəsizliyinin təmini üzrə kodeks layihəsi hazırlanıb
21 Noy 2019 12:12

Avstraliya hökuməti “Əşyalar interneti”nin (IoT) təhlükəsizliyinin təmini üzrə kodeksin layihəsini dərc edib. Sənəd 1 mart 2020-ci ilədək davam edəcək ictimai müzakirəyə çıxarılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, sənayeyə kibertəhlükəsizliyin təmini üzrə ən yaxşı tövsiyə və məsləhətlər təqdim edəcək “Code of Practice: Securing the Internet of Things for Consumers” adlı kodeks “ağıllı” televizor, “saat” və ev səsli kolonkaları kimi internetə qoşulan gündəlik intellektual cihazlar daxil olmaqla bütün “IoT” qurğularını əhatə edir.

 

Kodeks üç səhifədə ətraflı şərh edilən 13 prinsipə əsaslanır. Ən yüksək prioritetli ilk üç prinsipə quraşdırılmış təkrar və ya zəif parolların olmaması, boşluqların (qurğu istehsalçıları, xidmət tədarükçüləri və proqram tərtibatçıları ümumistifadəli kontakt nöqtəsinə malik olmalıdır) aşkarlanması üzrə siyasətin tətbiqi və proqram təminatının, o cümlədən interfeysin daim yenilənməsi daxildir.

 

Bundan başqa, kodeksdə hesab məlumatlarının təhlükəsiz saxlanılması, fərdi informasiyanın mühafizəsi və məlumat saxlama sistemləri və internetdə məlumatlar üçün adekvat sahəvi şifrləmə standartının tətbiqinin təmini üzrə tədbirlər nəzərdə tutulur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.