Populyar “Android” proqramının zərərverici olduğu məlum olub

Populyar “Android” proqramının zərərverici olduğu məlum olub
08 Noy 2019 14:44

"Android" əməliyyat sistemi üçün "ai.type" adlı populyar klaviatura proqramının zərərverici olduğu məlum olub. Bu haqda "The Next Web" onlayn nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, mobil tətbiq gizli "kliker"ə malikdir. Fon rejimində reklam yükləyən gizli modul onlara klik edərək fırıldaqçıların pul qazanmasına şərait yaradıb. Bunun nəticəsində cihazların şarjı sürətlə azalır və mobil trafik boş yerə istifadə olunurmuş ki, bu da istifadəçilərin xərcinin artmasına səbəb olurmuş.

 

Həmçinin sözügedən tətbiq gizli şəkildə ödənişli onlayn xidmətlərə abunə olurmuş. "Upstream" xidmətinin ekspertləri bu zərərverici proqramın quraşdırıldığı 110 min qurğudan 14 milyon şübhəli tranzaksiya qeydə alıb. Bu proqramdan dəymiş zərərin həcmi 18 milyon dollar məbləğində qiymətləndirilib.

 

Bundan başqa, "ai.type" tətbiqi istifadəçilərdən media fayllara, yazışmalara, kontaktlara və elektron poçta giriş sorğuları edirmiş.

 

Sözügedən zərərverici proqram artıq "Google Play"dən silinib, amma buna baxmayaraq, "kliker" fəaliyyəti güclənib. Əvvəlki kimi, milyonlarla qurğu bu klaviaturadan istifadə edir.

Realpress.az


28 Yan 2020
İT

Daşınan elektronika üçün elastik akkumulyator hazırlanıb

Bu gün cihazlar üçün istifadə edilən litium-ion akkumulyatorları bərkdir və ölçüsü böyükdür . Onlar çox yer tutur, hətta zədələnmə zamanı alışma riskinə görə təhlükəlidir. Amerikalı alimlər sıxılma və dartılma kimi mexaniki təsirlərə dayanıqlı elastik polimer batareya hazırlamağa nail olublar.

28 Yan 2020
İT

Dünyanın ən böyük ikimotorlu sərnişin təyyarəsi ilk uçuşunu edib (VİDEO)

İkimotorlu hava gəmiləri arasında dünyanın ən böyük "Boeing 777-9X" sərnişin təyyarəsi yanvarın 25-də 4 saat davam edən ilk sınaq uçuşunu həyata keçirib.  

28 Yan 2020
İT

Rusiya və yapon alimləri qrafendən əbədi SSD daşıyıcılar hazırlayıblar

Rusiyanın "MİSiS" Milli Elmi Tədqiqat Texnologiya Universiteti və Yaponiyanın Milli Kvant Elmləri və Radiologiya İnstitutunun mütəxəssisləri sərtgövdəli disk və fləş daşıyıcıların tutumunu xeyli artırmağa imkan verən material hazırlayıblar. Bundan başqa, sözügedən material belə daşıyıcıların əsas problemini (yenidən yazma limiti) aradan qaldıracaq.

28 Yan 2020
İT

Bu il dünyada rouminq abunəçilərinin sayı 900 milyona çatacaq

“Juniper Research” tədqiqat şirkəti 2020-ci ildə dünyada rouminq xidmətlərindən istifadə edən mobil rabitə abunəçilərinin sayının 900 milyon təşkil edəcəyini, 2024-cü ildə isə bu göstəricinin 1,1 milyarda çatacağını proqnozlaşdırır.  

28 Yan 2020
İT

“Sharp” şirkəti “OLED” televizorlar bazarına daxil olur

“Sharp” şirkəti üzvi işıq diodlu (OLED) ekranlarla təchiz edilən televizorlar bazarına daxil olacaq. Yaponiya istehsalçısı belə ekranları Cənubi Koreyanın “LG Display” şirkətindən almağı planlaşdırır.