“Xiaomi” şirkəti 108 meqapiksellik kamera ilə təchiz edilmiş “Mi Note 10” smartfonunu təqdim edib

“Xiaomi” şirkəti 108 meqapiksellik kamera ilə təchiz edilmiş “Mi Note 10” smartfonunu təqdim edib
06 Noy 2019 10:59

"Xiaomi" şirkəti Çindən kənarda "Note 10" adlandırılacaq "Mi CC9 Pro" smartfonunu təqdim edib. Bu, şirkətin 108 meqapiksellik əsas kamera ilə təchiz edilmiş ilk smartfonudur.


"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, smartfon 5 kamera ilə təchiz edilib: 108 meqapiksellik əsas modul, 8 meqapiksellik telefoto obyektiv, 12 meqapiksellik portret kamerası, 20 meqapiksellik genişbucaqlı obyektiv və 2 meqapiksellik makro obyektiv. "DxOMark" reytinqinə əsasən, sözügedən smartfonun kamerası bazarda ən yaxşı hesab olunur.


"Mi Note 10" aparatı FullHD (2340x1080 piksel) təsvir ölçülü 6,47 düymlük "AMOLED" displey, "Snapdragon 730G" səkkiznüvəli prosessoru, 6/8 QB əməli, 128/256 Qb daxili yaddaş və qulaqlıq üçün konnektorla təchiz edilib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.