“Toshiba” korporasiyası “Əşyalar interneti” bazarında ittifaq yaradır

“Toshiba” korporasiyası “Əşyalar interneti” bazarında ittifaq yaradır
06 Noy 2019 10:30

Yaponiyanın "Toshiba" korporasiyası "Əşyalar interneti (IoT)" bazarında ittifaq yaratdığını elan edib. Yeni ittifaqa 100-dən çox şirkət, həmçinin "SoftBank Group" və "KDDI" kimi nəhəng şirkətlər daxil edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "ifLink Open Community" adlandırılmış yeni təşkilatın iştirakçıları "Toshiba" korporasiyasının 2020-ci ilin yazında istifadəyə verilməsi planlaşdırılan "IoT" platformasını dəstəkləyəcəklər.

 

İttifaqın tərkibinə daxil olan şirkətlər "IoT" xidmətlərini sıfırdan yaratmalı olmayacaqlar: əlçatan olacaq platforma sayəsində rəqib şirkətlərin həllərinin birləşdirilməsi hesabına məhsul prototipini bir-iki günə hazırlamaq mümkün olacaq. Belə yanaşma sayəsində məhsulların kommersiya bazarına çıxarılmasını sürətləndirmək mümkündür.

 

"Toshiba" korporasiyası tərəfindən irəli sürülmüş təşəbbüsün tərəfdarları bildiriblər ki, ittifaq mövcud texnologiyaları yeni üsullarla birləşdirməyə kömək etməlidir. Məsələn, muzeyə giriş qapısının qarşısında çəkini müəyyənləşdirən datçikdən istifadə edilməsini nümunə göstərmək olar. Ziyarətçi gəldiyini qeydə alan datçik avtomatik tövsiyə təklif etməyə kömək edəcək.

 

"Toshiba" korporasiyası, həmçinin istehlakçılar üçün ittifaq üzvləri tərəfindən hazırlanmış məhsulların təqdim ediləcəyi sayt hazırlayacaq.

Realpress.az


18 Noy 2019
İT

“Air Race E” şirkəti dünyada ilk elektrik yarış təyyarəsini nümayiş etdirib

Dubayda “Dubai Air Show” aviasalonu çərçivəsində “Airbus” şirkətinin dəstəyi ilə keçirilən təyyarə yarışlarında “White Lightning” adlı dünyanın ilk elektrik yarış təyyarəsi təqdim olunub.

18 Noy 2019
İT

“Android” istifadəçilərinə simsiz qulaqlıqların təhlükəsi haqqında xəbərdarlıq edilib

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi "Android" smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.

18 Noy 2019
İT

Elektrik enerjisi əvəzinə, işıqdan istifadə edən "gələcəyin tranzistorları" təqdim edilib

Müasir tranzistorlar məlumat mübadiləsini elektrik cərəyanının köməyi ilə həyata keçirirlər və bu proses işıq dalğalarının sürəti ilə müqayisədə çox sürətli deyil. Tədqiqatçılar qrupu tərəfindən hazırlanmış yeni optomexanik mikrosxem tipi siqnalı saniyənin milyondan bir hissəsindən az müddətdə göndərə bilir.

18 Noy 2019
İT

Las-Veqas altında sürücüsüz avtomobillər üçün sürətli tunelin inşasına başlanılıb

ABŞ sahibkarı İlon Maska məxsus “The Boring Company” şirkəti Las-Veqas altında 1,6 km uzunluğunda sürətli avtomobil tunelinin tikintisi üzrə qazma işlərinə başlayıb. Bu barədə “NBC” televiziya şirkətinin məlumatında deyilir.

18 Noy 2019
İT

“Airbus” ətraf mühiti çirkləndirməyən təyyarə hazırlayacaq

“Airbus” şirkəti 2030-cu ilədək potensial baxımdan ətraf mühiti çirkləndirməyən təyyarə hazırlaya bilər. Bu barədə “Airbus ExO Alpha” şirkətinin icraçı direktoru Sandri Şeffer bildirib.