Rusiyada rəqəmli televiziyaya keçid başa çatıb

Rusiyada rəqəmli televiziyaya keçid başa çatıb
15 Okt 2019 14:37

Rusiyanın bütün regionlarında analoq efir yayımı rəsmən dayandırılıb. Rəqəmli televiziya üçün yerüstü infrastrukturun yaradılmasına 80 milyard rubl sərf olunub. Bu barədə Rusiya Teleradio Yayımı Şəbəkəsinin baş direktoru Andrey Romançenko bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Kommersant" resursuna istinadən yazır ki, rəqəmli yayıma keçid mərasimi Rusiyanın Kosmik Uçuşları İdarəetmə Mərkəzində keçirilib. Beynəlxalq Kosmik Stansiyada olan kosmonavt Aleksandr Skvorsov mərkəzlə canlı bağlantı zamanı noutbukda analoq efir yayımının dayandırılmasını bildirən rəmzi düyməni basıb.

 

Baş direktor A.Romançenko mərasimdən sonra jurnalistlərlə müsahibədə qeyd edib ki, rəqəmli televiziya proqramının icrasına beş kosmik aparat cəlb olunub. O əlavə edib ki, proqram 9 il bir ay ərzində həyata keçirilib. Onun sözlərinə görə, hazırda Rusiyada dünyanın ən böyük televiziya şəbəkəsi fəaliyyət göstərir. "Ölkəmizdə hər gün orta hesabla bir teleqüllə istifadəyə verilib və üç yeni rəqəmli ötürücü işə salınıb. Hazırda şəbəkədə obyektlərin sayı 5040 təşkil edir. Onlar üzərində 10080 ötürücü işləyir", – o vurğulayıb.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.