Nigeriyalı tələbə Azərbaycan dilini 5 günə öyrəndi - Video

Nigeriyalı tələbə Azərbaycan dilini 5 günə öyrəndi - Video
25 Sent 2019 11:46

Bu il Bakı Ali Neft Məktəbinə (BANM)  qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinmanın Azərbaycan dilində çıxışı maraqla qarşılanıb.

Realpress.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Bilik Günü”ndə dilində tədbir iştirakçılarını salamlayan Çidinma ölkəmizdə təhsil alacağı üçün çox sevindiyini qeyd edib:

“Azərbaycanda olmağıma fəxr edirəm. Bakını çox sevdim. Hər şeyə görə çox sağ olun”.

O, 5 gün ərzində BANM-in əməkdaşlarının köməyi ilə Azərbaycan dilində danışmağı öyrənib. 

Qeyd edək ki, BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nəfər nigeriyalı tələbə, o cümlədən, Somtoçukvu Çidinma 2019-2023-cü illər ərzində Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaq. Tələbələr 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər.

Onların BMT-nin ayırdığı təqaüdlər hesabına təhsil alması nəzərdə tutulur.


21 Apr 2020
Elmi

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA

“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

21 Apr 2020
Elmi

Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”. 

31 Mar 2020
Elmi

Təhsil Nazirliyi: Tələbələr bu fürsətdən mümkün qədər yararlanmalıdırlar

Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

29 Mar 2020
Elmi

Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

26 Mar 2020
Elmi

Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.