“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq
20 Sent 2019 12:09

"Digitimes Research" tədqiqat şirkəti 2019-cu ildə "KaiOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil telefonların qlobal tədarük həcminin 65 faiz artacağını proqnozlaşdırır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm www.dailycomm.ru" resursuna istinadən yazır ki, buna əsasən Afrika bazarının kömək edəcəyini bildirən ekspertlərin sözlərinə görə, ilin sonunadək Afrika, İndoneziya, Braziliya və Ukrayna istehsalçılarına məxsus 10 "KaiOS" qurğu modelinin buraxılışı gözlənilir.
 
Bildirilir ki, "KaiOS" sistemi "Əşyalar interneti" qurğularında aktiv istifadə edilən "Firefox OS" platforması üzərində qurulub. "KaiOS Technologies" şirkəti nümayəndələrinin sözlərinə görə, əməliyyat sistemi 100-ə yaxın ölkədə buraxılan 100 milyondan çox qurğuda quraşdırılıb.  
 
"KaiOS" düyməli telefonları "Alcatel", "Micromax" və bir sıra digər istehsalçıların məhsul çeşidində yer alıb. Bu proqram platforması "Nokia 8110 4G" modelində də tətbiq edilib. "LTE" və "NFC" simsiz rabitəsini dəstəkləyən əməliyyat sistemi "Qualcomm" və "MediaTek" daxil olmaqla əsas istehsalçıların prosessorları ilə işləyir.
 
"KaiOS" sistemli qurğular 2,4 düymlük ekran, monoblok form-faktor və 256 və ya 512 meqabaytlıq operativ yaddaş kimi oxşar xüsusiyyətlərə malikdir. 2018-ci ildə buraxılan əksər mobil telefonlar "Qualcomm Snapdragon 205" prosessoru ilə təchiz edilib, 2019-cu ildə isə bu qurğular üçün əsas çiplər kimi Çinin "Unisoc" şirkətinin həllərindən istifadə olunur.
 
"KaiOS" mobil əməliyyat sistemləri arasında populyarlığına görə "Android" və "iOS"dan sonra üçüncü yerdə qərarlaşıb.

Realpress.az


 

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.