“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

“WhatsApp” messencerində yeni boşluq aşkar edilib
18 Sent 2019 16:25

"The Hacker News" portalının məlumatına görə, "WhatsApp" messencerində göndərilmiş şəkilləri silmək istədikdə səhv yaranır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, nəşrin məlumatına görə, istifadəçi messencerdə standart sazlamalar quraşdırdığı halda "Bütün istifadəçilərdə silmək" funksiyası düzgün  işləmir. Bu halda bütün göndərilmiş şəkillər telefonun yaddaşında saxlanılır, yalnız mesajlar silinir.
 
Bundan başqa, sözügedən boşluq yalnız "iOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda keçərlidir. "Android" sistemi ilə işləyən smartfonlarda bu funksiya düzgün işləyir.
 
Nəşrin məlumatına görə, şirkətin mütəxəssisləri bu boşluğu aradan qaldırmaqdan imtina edərək bunu belə əsaslandırıblar ki, "Bütün istifadəçilərdə silmək" funksiyasının əsas işi ilk növbədə mətn mesajlarını silməkdir, media fayllara bunun aidiyyəti yoxdur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.