İlk “Motorola” televizorları buraxılıb

İlk “Motorola” televizorları buraxılıb
17 Sent 2019 12:22

Smartfon istehsalçısı kimi tanınan “Motorola” şirkəti televizorlar bazarına daxil olaraq “Motorola TV” brendli ilk modellər seriyasını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “VC www.vc.ru” resursuna istinadən yazır ki, baxış bucağı 178 dərəcə təşkil edən televizorlarda səsi ekran altında yerləşən 30 vat gücündə səs paneli təmin edir. “Android 9” əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər oyunları dəstəkləyir. Dəstə, həmçinin simsiz kontroller daxildir. Televizorlar modeldən asılı olaraq 1 giqabaytlıq və ya 2,25 giqabaytlıq operativ yaddaş və 8 və ya 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub.  
 
Məlumata görə, “Motorola” televizorlarının ilk satışa çıxarılacağı ölkə Hindistan olacaq. Satışlara yerli “Flipkart” onlayn pərakəndə satış şirkəti ilə tərəfdaşlıqda başlamaq nəzərdə tutulur. Yeni modellərin digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.
 
32 düymlük “HD” ekranlı kiçik modelin qiyməti 196 dollar, 65 düymlük “4K” formatlı ekrana malik böyük modelin isə 910 dollar təşkil edir. Bundan başqa, alıcılara 43, 50 və 55 düym diaqonallı modellər təklif olunur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.