“Panasonic” şirkəti modul konstruksiyalı noutbukunu təqdim edib

“Panasonic” şirkəti modul konstruksiyalı noutbukunu təqdim edib
11 Sent 2019 15:53

“Panasonic” şirkəti bu dəfə modul konstruksiyalı yeni nəsil noutbuk təqdim edib. “Toughbook 55” noutbukunun sahibləri köhnəlmiş və ya sıradan çıxmış komponentləri asanlıqla dəyişdirə, həmçinin kompüteri əlavə funksionallıqla (məsələn, barmaq izləri skaneri və ya diskret videokart) təchiz edə bilərlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Toughbook 55” noutbukunda ikinci daşıyıcı, əməli yaddaş modulu və əlavə portlar quraşdırmaq mümkündür. Hətta sınmış klaviaturanı dəyişmək mümkündür.

 

Yeni noutbuk tutumlu akkumulyatora malikdir. Zərurət olduqda istifadəçi qurğunu söndürmədən ikinci batareyanı quraşdıraraq noutbukun 40 saat müddətində avtonom işləməsini təmin edə bilər.

 

“Toughbook 55” noutbuku maksimum konfiqurasiyada “Intel Core i5” prosessoru və ya 8-ci nəsil “i7 vPro” prosessoru, “AMD” diskret qrafikası, 64 QB əməli yaddaş və 2 TB-lıq daşıyıcı ilə təchiz edilib. “USB Type-C” və “HDMI 2.0” portları, “Bluetooth 5.0” modulu nəzərdə tutulub.

 

Yeni noutbukun digər özəlliklərinə 14 düymlük 1000 nit maksimum parlaqlığa malik sensor displey, “MIL-STD” hərbi standartı üzrə hazırlanmış maqnezium ərintili korpus, su damcıları və toza qarşı dayanıqlılıq, həmçinin tənzimlənən arxa işıq rəngli klaviaturanı göstərmək olar.

 

“Panasonic” noutbukunun zəmanət müddəti 3 ildir. Şirkətin internet mağazasında yeni noutbuku 2099 dollara sifariş etmək olar.

Realpress.az


19 Fev 2020
İT

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başladı

Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin 02-06 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

19 Fev 2020
İT

“LG” şirkəti qorunmuş korpusda üç yeni kamerofon təqdim edib

"LG" şirkəti K seriyasına məxsus üç yeni smartfon modelini təqdim edib. Bütün aparatlar "MIL-STD-810G" hərbi standartına uyğun hazırlanmış korpusdan başqa böyük displey, qabaqcıl kamera konfiqurasiyaları və təmassız ödəniş üçün NFC modulları ilə təchiz ediliblər.  

19 Fev 2020
İT

Mühəndislər havadan elektrik enerjisi əldə etməyi öyrəniblər

Massaçusets Texnologiya Universitetinin alimləri havadan elektrik enerjisi əldə etmək üçün texnologiya hazırlayıblar. Metod havadakı rütubətdən elektrik enerjisi əldə etməyə imkan verən təbii zülal ilə əlaqəli reaksiyaya əsaslanır.

19 Fev 2020
İT

“Sharp Aquos R5G” smartfonu təqdim edilib

Yaponiyanın “Sharp” elektronika istehsalçısı beşinci nəsil şəbəkələrini dəstəkləyən ilk qabaqcıl smartfonunu təqdim edib.

19 Fev 2020
İT

“Samsung Galaxy S20 Ultra LTE” smartfonu buraxılacaq

“Samsung” şirkəti bir sıra regionlar üçün “Galaxy S20 Ultra LTE” adlı smartfon hazırlayır. Bu barədə şirkətin saytında deyilir.