“Bakı Telefon Rabitəsi” MMC-nin Bakıətrafı ərazilərdə infrastruktur layihələrini davam etdirməsi haqqında

“Bakı Telefon Rabitəsi” MMC-nin Bakıətrafı ərazilərdə infrastruktur layihələrini davam etdirməsi haqqında
10 Sent 2019 17:30

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi MMC" (Baktelecom) Bakı şəhəri və ətraf ərazilərdə telefon, genişzolaqlı internet və digər multimedia xidmətlərinin beynəlxalq standartlarla təşkili istiqamətində irimiqyaslı infrastruktur layihələrini davam etdirir.

 

"Baktelecom" "Strateji Yol Xəritəsi"nə əsaslanaraq yüksəksürətli, genişzolaqlı telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi və tətbiqi istiqamətində "Evədək optika" layihəsinin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Artıq Biləcəri qəsəbəsində də yenidənqurma işlərinin icrasına başlanılıb. Qəsəbədəki köhnə və yeni tikililərdə olan mənzillərdə telekommunikasiya xətlərinin yenilənməsinə və müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənməsinə start verilib.

 

Məlumat üçün bildirək ki, Bakı şəhəri üzrə 60 minə yaxın mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, sakinlər bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətləri ilə təmin olunublar. Hazırda paytaxtın mərkəzi küçələrində yerləşən yaşayış binaları ilə yanaşı, əhalinin sıx məskunlaşdığı Yasamal, Xətai və Nizami rayonlarında, eləcə də Qaradağ və Suraxanı rayonlarında da mənzillərin optik şəbəkəyə keçirilməsi prosesi aparılır.

 

Qeyd edək ki, layihə fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir.

Realpress.az

 

 

 

 

 









21 Yan 2020
İT

“Amazon” əlin içi ilə ödəniş etməyə imkan verəcək

“Amazon” şirkəti bir toxunuşla edilən ödənişləri yeni səviyyəyə qaldırmaq istəyir.

21 Yan 2020
İT

“Samsung” şirkətinin smartfon bölməsinin rəhbəri dəyişib

“Samsung” şirkətində smartfonlar, daşınan elektronika və servislər daxil olmaqla mobil biznesin inkişafına görə məsul olan rəhbər dəyişib. Bölmənin yeni rəhbəri vəzifəsinə 51 yaşlı Ro Txe Mun təyin edilib. O, şirkət tarixində ən gənc rəhbər hesab edilir.  

21 Yan 2020
İT

Ən ucuz “Nokia” smartfonunun texniki xüsusiyyətləri məlum olub

İnternetdə “Nokia” şirkətinin buraxacağı ən ucuz smartfonun texniki xüsusiyyətləri dərc edilib. Bu barədə “Nokiapoweruser” nəşrinin məlumatında deyilir.

18 Yan 2020
İT

Dünyada yüklənilən mobil əlavələrin sayı rekorda çatıb

2019-cu ildə dünyada istifadəçilər 204 milyard mobil əlavə yükləməklə rekorda imza atıblar. Bu, 2018 və 2016-cı illərlə müqayisədə müvafiq olaraq 6 və 45 faiz çoxdur. Bu barədə "App Annie" analitik şirkətinin məlumatında deyilir.

18 Yan 2020
İT

Dünya İT bazarının həcmi 4 trilyon dollara yaxınlaşır

"Gartner" analitik şirkəti 2020-ci ildə informasiya texnologiyaları (İT) üçün qlobal xərclərin 3,9 trilyon dollara çataraq 2019-cu illə müqayisədə 3,4 faiz artacağını proqnozlaşdırır.