“Samsung Electronics” şirkəti ikinci nəsil “Galaxy Watch Active” smart saatını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “ağıllı” saat 39-dan çox təlim növünü izləməyə imkan verir, onlardan 7-si avtomatik aktivləşir.
İstifadəçi “Running Coach” yenilənmiş funksiyası sayəsində real vaxt rejimində qaçış sürətini müəyyənləşdirə və 7 müxtəlif təlim proqramından birini seçə bilər.
“Galaxy Watch Active 2” saatının arxa tərəfində quraşdırılmış datçiklər qurğunun birinci nəsli ilə müqayisədə məlumatları daha sürətli oxumağa imkan verir. Həmçinin təkmilləşdirilmiş yuxu analizi alqoritmləri nəzərdə tutulub.
“Samsung Galaxy Watch Active 2” “ağıllı” saatı 2019-cu il sentyabrın 13-də satışa çıxarılacaq. Saatın dəyəri versiyadan asılı olaraq 300-470 avro aralığında təşkil edəcək.
Realpress.az
"Manyone" şirkəti ənənəvi nəqliyyat vasitələrinin unikal alternativini hazırlayıb. Belə ki, özündə təyyarə və qatarın üstünlüklərini birləşdirən "AeroSlide" adlı konsept adi relslər əvəzinə, innovativ maqnit halqalar sistemindən istifadəni nəzərdə tutur. Qatar məhz halqaların daxilində sürətlə hərəkət edəcək.
"Xiaomi" həmtəsisçisi və prezidenti Lin Bin şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların buraxılışı ilə bağlı planlarını açıqlayıb.
"Huawei" şirkətinin inkişaf etdirdiyi "Harmony OS" 2020-ci ilin sonunda ən populyar əməliyyat sistemləri beşliyinə daxil olacaq. Bu barədə Çin şirkətinin ictimaiyyətlə əlaqələr üzrə baş vitse-prezidenti Coy Tan bildirib.
Dodaqdan oxuyan alqoritmlər artıq bir neçə ildir mövcuddur, ancaq onlar dəqiqlik göstəricisinə görə səs tanıma sistemlərindən geri qalırlar. "Alibaba" şirkəti, Çjeszyan Universiteti və Stivens Texnologiya İnstitutunun alimləri bu texnologiyanı təkmilləşdirməyə qərar veriblər.