“Eset” antivirus istehsalçısı “Windows” sistemində yeni boşluq aşkar edib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “CVE-2019-1132” adlandırılmış “sıfır gün” boşluğu “win32k.sys” komponentindəki imtiyazların lokal səviyyədə artırılmasını həyata keçirir. Eksploitin quraşdırılmasından sonra cinayətkarlar qurbanın kompüteri üzərində tam nəzarəti ələ keçirmək imkanı əldə edirlər.
Aşağıdakı əməliyyat sistemləri sözügedən boşluğa qarşı dayanıqsızdır: “Windows 7” (x32); “Windows 7” (x64); “Windows Server 2008” (x32); “Windows Server 2008” (x64); “Windows Server 2008 R2”; “Windows Server 2008 R2” (x64).
“Windows 8” və sonrakı versiyalarda belə hücumlara qarşı müdafiə mexanizmləri nəzərdə tutulub.
“Eset” şirkətinin ekspertləri bu boşluq haqqında “Microsoft” korporasiyasına məlumat veriblər və şirkət xüsusi yeniləmə çıxararaq problemi aradan qaldırıb.
2019-cu il iyulun 9-da “Microsoft” öz proqram məhsulları üçün aylıq yeniləməsini təqdim edib. Bu dəfə 77 boşluq aradan qaldırılıb.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.