Yeni “Samsung” neyroşəbəkə prosessoru 8 dəfə sürətli işləyəcək

Yeni “Samsung” neyroşəbəkə prosessoru 8 dəfə sürətli işləyəcək
08 İyul 2019 12:25

"Samsung" şirkətinin yeni çiplərin hazırlanması, sınağı və istehsalında ixtisaslaşan bölməsi süni intellektin işini təmin edən alqoritmlərdə irəliləyişə nail olub. Çoxsaylı yeniliklər sayəsində şirkətin çipləri məhsuldarlığa görə 32 nüvəli mövcud server neyron şəbəkə prosessorlarını (NPU) 8 dəfə üstələyəcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, Cənubi Koreya şirkətinin texnologiyası böyük perspektivlər vəd edir. "Quantification1 Interval Learning" (QIL) adlanan yeni "NPU" məlumatları 4 bitdən ibarət qruplara bölərək onların tanınma dəqiqliyini qoruyur. Bütün hesablamalar "bulud" serverinə göndərilmədən qurğunun daxilində baş verir. Texnologiya 4 dəfə az yaddaş tutumuna malikdir və analoqlarından 8 dəfə sürətli işləyir.
 
"QIL" neyroşəbəkə prosessoru hesablama və tranzistorların sayını 120 dəfəyədək azaltmağa imkan verir. Prosessorda dərin təlim alqoritminin emalı metodu mövcud həllərdəkindən daha sürətli və enerji baxımından daha səmərəlidir. Hesablamaların optimallaşdırılması və çiplərin sadələşdirilməsi isə barmaq izi skaneri vasitəsilə blokdan çıxarma kimi funksiyaları dəfələrlə sürətləndirməyə imkan verir.
 
 
Bundan başqa, "bulud" hesablamalarından imtina və qurğuda süni intellektin mövcudluğu məlumatların maksimum stabil emalını təmin edəcək. Məsələn, "Tesla" avtopilot sistemlərində məlumatların "bulud" serverlərinə göndərilməsi zamanı istənilən yubanma faciə ilə nəticələnə bilər.
 

Realpress.az


16 Okt 2019
İT

“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

“Google” şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. “Titan Security Key” modeli “Yubico” şirkəti ilə birgə hazırlanıb.

16 Okt 2019
İT

“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb

"Adobe" şirkəti "Acrobat" və "Acrobat Reader", "Experience Manager" və "Download Manager" məhsullarında mövcud olan 82 boşluğu aradan qaldırıb.

16 Okt 2019
İT

Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğunun məhsuldarlığını belə şəkilləri silməklə artırmaq mümkündür. Bu barədə “Avast” şirkətinin tədqiqatında deyilir.

16 Okt 2019
İT

Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.

16 Okt 2019
İT

“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayandıracaq, bu sistem üçün sonuncu yeniləmə 2020-ci il yanvarın 14-də çıxarılacaq. “Webroot” şirkətindən olan tədqiqatçıların sözlərinə görə, 2018-ci illə müqayisədə “Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71% artıb. Ümumilikdə “Windows 7” əməliyyat sistemindən istifadə edən kompüterlər “Windows 10” sistemi ilə işləyən kompüterlərlə müqayisədə 2 dəfə daha çox hücuma məruz qalır.