Ən etibarlı smartfonları hansı şirkət buraxır?

Ən etibarlı smartfonları hansı şirkət buraxır?
08 İyun 2019 11:15

"Harris Interactive" şirkəti tədqiqat apararaq "Apple" və "Huawei" smartfonlarının digər brendlərin qurğuları ilə müqayisədə zəmanətli təmirə daha az ehtiyac duyduğunu müəyyənləşdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "Apple" şirkətinin az təmir tələb edən keyfiyyətli smartfonlar buraxması və "Apple iPhone" modelinin bazarda ən bahalı telefon olması hamıya məlumdur. Lakin bu siyahıya "Huawei" şirkətinin daxil edilməsi isə nümunəvidir.

Şirkət müştərilər tərəfindən Avropanın ən böyük "Darty" pərakəndə elektronika satışı şəbəkəsinə 130 050 satışdan sonrakı planlaşdırılmamış müraciəti izləyərək qurğuları adi ikiillik müddət (ABŞ-da zəmanətli xidmətin müddəti 1 il təşkil edir) ərzində minimal zəmanətli təmir tələb edən brendlərin siyahısını tərtib edib.

Nəticədə "Huawei" və "Honor" (Huawei şirkətinə məxsus brend), eləcə də "Apple" telefonları zəmanət müddəti ərzində ən az sıradan çıxma ehtimalına malik qurğular kimi xarakterizə olunan istehsalçıların ilk üçlüyünə daxil olub.

Realpress.az


14 Sent 2019
İT

Polşa 2024-cü ilədək kibernetika qoşunları yaradacaq

Polşanın Milli Müdafiə Nazirliyi 2024-cü ilədək rəqəmli məkanda ölkənin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olacaq kibernetika qoşunları yaratmaq niyyətindədir. Bu haqda Polşanın müdafiə naziri Mariuş Blaşak deyib. Onun sözlərinə görə, yeni hərbi strukturun tərkibinə təxminən 2000 nəfər daxil ediləcək. 

14 Sent 2019
İT

“Microsoft” korporasiyası oktyabrın 2-də böyük tədbir keçirəcək

"Microsoft" korporasiyası jurnalistlərə oktyabrın 2-də Nyu-Yorkda keçiriləcək tədbirinə dəvət məktubu göndərməyə başlayıb.

13 Sent 2019
İT

Astronavtlar tarixdə ilk dəfə kosmos şəraitində sement hazırlayıblar

Beynəlxalq Kosmik Stansiyanın bortunda olan alimlər komandası tarixdə ilk dəfə çəkisizlik şəraitində sement hazırlayıblar. Təcrübənin məqsədi gələcək kosmik missiyalar zamanı başqa planetlərdə ev qurmaq üçün tikinti materialı istehsalının imkanlarını qiymətləndirməkdir.  

13 Sent 2019
İT

Yeni dron döyüş meydanına yüklər çatdıracaq

"Yates Electrospace Corporation" şirkəti "Silent Arrow GD-2000" yük pilotsuz uçuş aparatını təqdim edib. Bu, əksər kiçik yük çatdıran dronlardan fərqli olaraq 740 kq yükqaldırma qabiliyyətinə malik böyük aparatdır. Onun yük çatdırma sxemi də qeyri-adidir: "Silent Arrow" yükü təyyarə və ya vertolyotdan atdıqdan sonra dörd qanadını açaraq təyinat yerinə enməyə başlayır.

13 Sent 2019
İT

“Instagram”da ciddi boşluq aradan qaldırılıb

“Facebook” şirkətinin mütəxəssisləri “Instagram”da cinayətkarların adlar, telefon nömrələri və hesab nömrələri daxil olmaqla istifadəçilərin məlumatına müdaxilə etməsinə imkan verə bilən ciddi boşluğu aradan qaldırıb.