Elmi konfrans: Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni

Elmi konfrans: Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni
28 Mar 2019 11:56

Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirin təşkilatçıları AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyidir.

Konfransda giriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışıb.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova görkəmli sənətkarin çoxşaxəli bədii və ictimai fəaliyyətindən danışıblar.

Konfransda “Azərbaycanda teatr fikrinin formalaşmasına C.Cabbarlının məqalələrinin təsiri”, “Ağılar və mərsiyələr padşahı: Cabbarlının pyeslərində diskursun təşkili üsulu”, “Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni”, “Estetik ideal və bədii mahiyyət”, “Qadınların ayağının altındakı cənnət (“Almaz” filmində gender problemi)”, “Cəfər Cabbarlı dilinin sadəliyi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.


21 Apr 2020
Elmi

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA

“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

21 Apr 2020
Elmi

Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”. 

31 Mar 2020
Elmi

Təhsil Nazirliyi: Tələbələr bu fürsətdən mümkün qədər yararlanmalıdırlar

Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

29 Mar 2020
Elmi

Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

26 Mar 2020
Elmi

Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.