Azərbaycanın 14 cüdoçusu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın 14 cüdoçusu Avropa Kubokunda iştirak edəcək
11 İyun 2024 16:58

İyunun 15-də Sloveniyanın Podçetrtek şəhərində start götürəcək Avropa Kubokunda Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq.

"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma üzvləri 7 çəki dərəcəsində çıxış edəcəklər.

Bunlar Rövşən Əliyev, Kənan Hüseynov, Kənan İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev (66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev, Rüfət Şövlətov, Kamran Süleymanov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Ruslan Nəsirli (100 kq), Camal Feyziyev, İmran Yusifovdur (hər ikisi +100 kq)

Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tediç rəhbərlik edəcək.

İyunun 16-da başa çatacaq turnirdə 31 ölkədən 356 idmançı iştirak edəcək.


6 Fev 2025
İdman

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal cütləri bəlli olub

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal cütləri müəyyənləşib.

6 Fev 2025
İdman

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ilk iştirakçıları müəyyənləşib

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.

6 Fev 2025
İdman

Dünyanın daha bir neçə tanınmış cüdoçusunun Bakıdakı yarışda iştirakı dəqiqləşib

Dünyanın daha bir neçə tanınmış cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də mübarizə aparacaq.

6 Fev 2025
İdman

Çimərlik voleybolu üzrə Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək

Çimərlik voleybolu üzrə oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək.

6 Fev 2025
İdman

Sərbəst güləşçilərimiz reytinq turnirinin ilk günündə beş medal qazanıblar

Xorvatiyanın paytaxtı Zaqrebdə sərbəst güləş üzrə ilin ilk reytinq turnirinə start verilib.