Azərbaycan 2024-cü il Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Azərbaycan 2024-cü il Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb
20 İyul 2024 12:33

Daha üç azərbaycanlı idmançı 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, paracüdo yarışlarında Xatirə İsmiyeva (J1, +70 kq), Dürsədəf Kərimova (J2, +70 kq) və İlham Zəkiyev (J1, +90 kq) çıxış edəcəklər. Beləliklə, Milli Paralimpiya idmançılarının 17 lisenziyası var.

Əvvəllər lisenziyaları Oloxan Musayev (nüvə itələmə), Rüfət Rəfiyev (nüvə itələmə), Lamiyə Vəliyeva (qaçış, 100 m, 400 m), Səid Nəcəfzadə (uzunluğa tullanma, T12), Orxan Aslanov (uzunluğa tullanma, T13), Roman Saleh (üzgüçülük, 50 və 100 m), Vəli İsrafilov (üzgüçülük, 50 və 100 m), Könül Süleymanova (üzgüçülük, 50 və 100 m), Kamran Zeynalov (güllə atıcılığı, 50 m), Aybəniz Babayeva (güllə atıcılığı), Sabir Zeynalov (para-taekvondo, 58 kq, K-44), İmaməddin Xəlilov (para-taekvondo, 70 kq, K-44), Əbülfəz Abuzərli (para-taekvondo, 80 kq, K-44) və Cahan Musayev (ox atıcılığı) əldə ediblər.


18 Mar 2025
İdman

Üçqat dünya çempionumuz İrina Zaretskaya tatamiyə qayıdır

Karate üzrə üçqat dünya çempionu İrina Zaretskaya tatamiyə qayıdır.

17 Mar 2025
İdman

Avarçəkmə üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi avarçəkmə üzrə ölkə birinciliyinə yekun vurulub.

17 Mar 2025
İdman

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

17 Mar 2025
İdman

İlham Əliyevdən "Azərenerji" ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

17 Mar 2025
İdman

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb - FOTO

Şüvəlandakı Ağırlıqqaldırma Akademiyasında keçirilən U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin son günü gərgin və maraqlı mübarizə ilə yadda qalıb.