Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, tamblinq üzrə yarışan idmançılarımızdan Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb. Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında da qızıl medala yiyələniblər.
Batut və ikili mini-batut gimnastikası üzrə Hüseyn Abbasov (2) və Ammar Baxşalıyev qızıl, Nicat Mirzəyev isə bürünc medal qazanıb.
Qeyd edək ki, "Scalabis Cup" iyulun 11-dən 13-dək keçirilib.
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək cüdoçularla görüş keçirilib.
Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov beynəlxalq yarışda CEV nümayəndəsi kimi iştirak edib.