Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub - FOTO

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub - FOTO
15 May 2024 11:34

Baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yarışda çıxış edəcək seçmə komandamıza təcrübəli oyunçularla yanaşı, gənclər də cəlb olunub.

Oxu.Az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna milliləri olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya seçməsi ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Estoniyada baş tutacaq. Burada rəqiblərimiz ev sahibi və Lüksemburq olacaq.

Qeyd edək ki, komandamız mübarizəyə mayın 17-də start verəcək.

Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyəti:

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev;

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov;

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou;

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov;

Baş məşqçi: Fərid Cəlalov.

Köməkçi məşqçilər: Akif Vəliyev, Vüsal Rüstəmov

 


20 İyul 2024
İdman

Azərbaycan 2024-cü il Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Daha üç azərbaycanlı idmançı 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

15 İyul 2024
İdman

Azərbaycan gimnastları Portuqaliyada səkkiz medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

12 İyul 2024
İdman

Yığmamız Portuqaliyaya qarşı

Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start veriləcək.

11 İyul 2024
İdman

Azərbaycan millisi qrupdakı son matçında da qələbə qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

11 İyul 2024
İdman

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmə stolüstü tennisçilərdən ibarət millisi növbəti Avropa çempionatında mübarizə aparacaq.