Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
29 Apr 2024 09:48

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

Oxu.Az xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqa” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Birinci Fəxri xiyabanda dəfn olunub.


15 May 2024
Siyasət

Avropa Parlamentinin deputatı Şuşada olub

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin deputatı Xaviyer Nart Şuşa şəhərində olub.

15 May 2024
Siyasət

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib.

15 May 2024
Siyasət

Niderlandın Baş naziri COP29-a dəvət edilib

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin göndərdiyi dəvət məktubunu Niderlandın Baş naziri Mark Rutteyə təqdim edib.

15 May 2024
Siyasət

Samir Nuriyev Belarusun baş nazirinin müavini ilə görüşüb - FOTO

Mayın 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

15 May 2024
Siyasət

Pərviz Şahbazov Gürcüstana səfər edib

Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.