Samir Nuriyev Belarusun baş nazirinin müavini ilə görüşüb - FOTO

Samir Nuriyev Belarusun baş nazirinin müavini ilə görüşüb - FOTO
15 May 2024 15:26

Mayın 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrin formalaşmasında və inkişafında dövlətlərimizin başçılarının səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı qeyd edilib.

Həmçinin bildirilib ki, son illər ərzində iki dövlət arasında əlaqələr bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir.

Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını bildirib. Prezident Administrasiyasının rəhbəri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq görülən işlər nəticəsində artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarını və bu prosesin qarşıdakı müddətdə daha da sürətlənəcəyini vurğulayıb.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilərək, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Sonda Samir Nuriyev İqor Petrişenkoya “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.

 


6 Noy 2025
Siyasət

Buxarestdə Zəfər Günü qeyd olunub (FOTO)

4 noyabrda Azərbaycan Respublikasının səfirliyinin təşkilatçılığı ilə Buxarestdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

6 Noy 2025
Siyasət

Cəbrayıla yeddi baş ceyran buraxılıb

Şirvan Milli Parkından götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb.

6 Noy 2025
Siyasət

Azərbaycan Parisdə imzalanan konvensiyaya qoşuldu

Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub.

6 Noy 2025
Siyasət

Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunda son vəziyyət açıqlanıb

Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunda tunellərdən biri artıq tam hazır vəziyyətdədir və bütün tikinti işləri son texnologiyalara uyğun aparılır.

6 Noy 2025
Siyasət

Sahil Babayev: "Son beş ildə təhsilə ayrılan vəsait 1,3 milyard manat artıb"

Təhsil xərcləri 5 milyard manat və ya büdcənin 12 faizini təşkil edəcək. Bu, 2025-ci illə müqayisədə 78.6 milyon manat (1.6%), 2024-cü illə müqayisədə isə 625.8 milyon manat (14.3%) çoxdur".