Niderlandın Baş naziri COP29-a dəvət edilib

Niderlandın Baş naziri COP29-a dəvət edilib
15 May 2024 15:35

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin göndərdiyi dəvət məktubunu Niderlandın Baş naziri Mark Rutteyə təqdim edib.

“Report”un məlumatına görə, bu barədə səfir “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Niderland Baş nazirinin xarici siyasət və müdafiə üzrə müşaviri Adrian Eysselsteyn ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin Niderlandın Baş naziri Mark Rutteyə ünvanladığı COP29-da iştirakla bağlı dəvəti çatdırmaq mənim üçün böyük sevinc və şərəf idi. Əminik ki, Niderlandın Baş naziri və onun nümayəndə heyətinin fəal iştirakı iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa töhfə verəcək”, - paylaşımda deyilir.


24 Yan 2025
Siyasət

"Azəriqaz"ın rəhbəri Salyan sakinləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.

24 Yan 2025
Siyasət

Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.

24 Yan 2025
Siyasət

Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir

Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.

24 Yan 2025
Siyasət

Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib.

24 Yan 2025
Siyasət

Sahibə Qafarova Cahit Bağçını qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.