Azərbaycan şahmatçısı Rüfət Abdullayev Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 30 illik yubileyi münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq turnirin qalibi olub.
“Report” xəbər verir ki, o, Paytaxt Mədəniyyəti Yolu Festivalı çərçivəsində təşkil olunan “TÜRKSOY Şahmat Turniri”ndə 1-ci yeri tutub.
Gökyay Fondu Şahmat Muzeyində baş tutan yarışda digər azərbaycanlı şahmatçı Anar Səlimov 2-ci olub.
“Mortal Kombat 1” oyunu üzrə Avstriyanın Vyana şəhərində keçirilmiş “Viennality 2k23” birinciliyində Azərbaycanın təmsilçisi Həmid Mustafayev qalib olub. Final mərhələsində “MK_Azerbaijan” təxəllüsü ilə çıxış edən Həmid Böyük Britaniyalı rəqibi Aaron Deyvisi məğlub edərək ikinci dəfə Avropa çempionu adını qazanıb.
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44) dünya çempionu tituluna sahib olub.
Azərbaycanın bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqənin sonuncu günündə bürünc medal qazanıb.