Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazandılar - YENİLƏNİB

Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazandılar - YENİLƏNİB
26 May 2023 09:58

Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.

“Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı finalda İspaniya təmsilçisi David Qarsiya Torneyə uduzub.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva digər ispan Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.

60 kq-dakı Nazir Talıov isə bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukə yenilərək beşinci yerlə kifayətlənib.

17:16

Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda ispaniyalı David Qarsiya Torne ilə üz-üzə gələcək.

60 kq-da çıxış edən Nazir Talıbov bürünc medal görüşünə çıxacaq. O, Artyom Lesyukdan (Ukrayna) güclü olmağa çalışacaq. Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva ispan Ariane Toro Solerlə görüşdə “bürünc” əldə etməyə çalışacaq.

Bu gün mübarizəyə qoşulan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, Qran-pri mayın 27-də başa çatacaq.


20 İyul 2024
İdman

Azərbaycan 2024-cü il Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Daha üç azərbaycanlı idmançı 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

15 İyul 2024
İdman

Azərbaycan gimnastları Portuqaliyada səkkiz medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

12 İyul 2024
İdman

Yığmamız Portuqaliyaya qarşı

Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start veriləcək.

11 İyul 2024
İdman

Azərbaycan millisi qrupdakı son matçında da qələbə qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

11 İyul 2024
İdman

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmə stolüstü tennisçilərdən ibarət millisi növbəti Avropa çempionatında mübarizə aparacaq.