İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün liderlə qarşılaşacaq

İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün liderlə qarşılaşacaq
29 İyun 2022 15:00

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti matçını keçirəcək.

“Realpress.az”ın məlumatına görə, 35 yaşlı qrossmeyster X turda qara fiqurlarla FIDE bayrağı altında yarışan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib. Hikaru Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) uduzan Rəcəbov yeganə qələbəsini son turda Nakamura üzərində qazanıb.

9 turdan sonra aktivində 4 xal olan Azərbaycan təmsilçisi Rapport və Firuzca ilə birlikdə 5 - 7-ci yerləri bölüşdürür. Nepomnyaşi isə 6,5 xalla turnir cədvəlinə başçılıq edir.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.