Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.
İdman.biz xəbər verir ki, yığmanın heyətində iki idmançı yer alıb.
Məşqçi Aleksandra Reyşin rəhbərliyi ilə Mədinə Dəmirova və Alina Məmmədova fərdi proqramda çıxış edəcəklər. Dünya kubokunda azərbaycanlı hakim Vəfa Bəkərova ədaləti qoruyacaq.
Qeyd edək ki, Dünya kuboku aprelin 26-28-də baş tutacaq.
Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun ilk günü arxada qalıb.
Azərbaycanda ilk dəfə olaraq təşkil olunan bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib.