Dünyada neft hasilatı 2027-ci ildə artacaq - EIA
Dünya üzrə xam neft hasilatının 2026-cı ildə gündəlik orta hesabla 76,10 milyon barel təşkil edəcəyi, 2027-ci ildə isə 80,87 milyon barelə yüksələcəyi proqnozlaşdırılır.
Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı münaqişə başlayandan bəri ən böyük hərbi əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Mübadilənin yaxın iki-üç həftə ərzində baş tutacağı gözlənilir.
Avstraliya regionun ada dövlətlərinə iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək etmək məqsədi daşıyan Sakit Okean İqlim Maliyyələşdirilməsi Mexanizmini (Pacific Climate Financing Mechanism) fəal şəkildə dəstəkləyir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çərşənbə günü Türk Dövlətləri Təşkilatının (TDT) yeni təyin olunmuş baş katibi Mirvohid Azimovla təşkilatın 2027-ci ildə Özbəkistanda keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.
Ev təsərrüfatlarının aktivlərinin statistik uçotunun aparılması onların vergiyə və digər ödənişlərə cəlb edilməsi məqsədi daşımır. Bu proses ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə ünvanlı sosial siyasətin düzgün qurulmasına xidmət edir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, uçot qaydalarının mahiyyəti əhaliyə vaxtında izah edilmədikdə yanlış məlumatlar və şayiələr yayılır.
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gediblər.