Portuqaliyada cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma aşkarlanıb

Portuqaliyada cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma aşkarlanıb
27 Yan 2022 17:17

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib.

"Realpress.az"ın "A Bola" nəşrinə istinadən məlumatına görə, nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var.

Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir.

Azərbaycan Cüdo Federasiyasından "Report"a bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, 28 - 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 12 cüdoçu təmsil etməli idi.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.