Gürcüstan Aşıqlar Birliyi yaradılır

Gürcüstan Aşıqlar Birliyi yaradılır
27 Yan 2022 16:33

Gürcüstan Aşıqlar Birliyi yaradılır.

"Realpress.az"ın yerli bürosu xəbər verir ki, bu gün Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində məsələ ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən aşıq Nargilə Mehtiyeva "Report"a bildirib ki, Gürcüstanda Aşıqlar Birliyinin təsis olunmasına çoxdan ciddi ehtiyac var idi: “Birliyin yaradılması istiqamətində hazırlıqlara artıq başlanılıb və gələn həftənin sonunda Gürcüstanın bir sıra bölgələrini təmsil edən aşıqlar və ziyalıların iştirakı ilə Tbilisidə Aşıqlar Birliyinin təsis toplantısı keçiriləcək. İclasda təşkilatın sədri, onun müavinləri və İdarə Heyətinə üzvlər seçiləcək. Təşkilatın əsas fəaliyyət istiqamətləri Gürcüstanda bütün aşıqları bir araya gətirmək, saz-söz sənətinin inkişafı və təbliğindən ibarət olacaq”.

N.Mehtiyeva Aşıqlar Birliyinin Gürcüstanda dövlət qeydiyyatına alınacağını, fəaliyyətinə Gürcüstan və Azərbaycanın aidiyyəti qurumlarının dəstək göstərəcəyini deyib.

Qeyd edək ki, indiyədək Gürcüstanda Aşıqlar Birliyi adı altında bir neçə qeyri-hökumət təşkilatı yaradılıb və heç biri əsaslı fəaliyyət göstərməyib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.