Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib
14 İyun 2022 17:29

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.

AKİ-dən “Realpress.az”a verilən məlumata görə, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq.

"Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlinir.

Bir tərəfdən aydındır və başa düşüləndir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında legitim olaraq, Xalq artisti Rasim Balayevin sədr seçilməsi illərdir ki, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanıb. Başqa tərəfdən isə bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızn inkişafına heç bir xeyir gətirməyəcək.

Gələn il yaradılmasının 60 illiyini qeyd edəcək Azərbaycan Kinematoqrafçılar İttifaqı, ittifaqın üzvü olub-olmamasından asılı olmayaraq bütün həmkarlarımıza hörmətlə yanaşır. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir və həmkarlarımıza üz tutaraq bu istiqamətdə həmrəyliyə, yoldaşlığa dəvət edirik.

Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun, 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq"- AKİ-dən bildirilib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Qətərlə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 13-də mədəniyyət naziri Anar Kərimov Qətər Dövlətinin Azərbaycandakı səfiri Faisal bin Abdullah Al-Hanzab və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov ilə görüşüb.