Parisdə məşhur fotoqraf donaraq ölüb

Parisdə məşhur fotoqraf donaraq ölüb
26 Yan 2022 11:39

“Parisdə məşhur fotoqraf Rene Robert şəhərin mərkəzi küçələrinin birində huşunu itirərək yerə yıxılıb və ətrafda olan insanların heç biri əraziyə təcili tibbi yardım avtomobili çağırmayıb”.

“Realpress.az” xəbər verir ki, bunu “RTL” radiosunda çıxış edən mərhumun dostu və müsiqçi Mişel Momponte bildirib.

Onun sözlərinə görə, 18 yanvar axşamı fotoqraf gəzmək üçün küçəyə çıxıb. Bu zaman o, huşunu itirərək yerə yıxılıb. Baş nahiyəsindən güclü zərbə aldığı üçün 6 saata yaxın küçədə qalıb:

“Bu zaman kəsiyində heç bir şəxs təcili tibbi yardım avtomobilini çağırmağa ehtiyac görməyib. Yalnız səhər saatlarında küçədə yaşayan şəxs əraziyə həkim çağırıb. Xəstəxanaya aparılan 84 yaşlı fotoqrafa kəllə-beyin travması və ağır hipotermiya diqanozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Rene Robert ömrünün 50 ilini fotoqrafiya sənətinə həsr edib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.