Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər
30 Apr 2020 10:22

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.

Belə deyil.

Daha doğrusu, əsla belə deyil.

COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.

Özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Yaşı 65-dən artıq olan vətəndaşlarımız ifrat zərurət olmadıqda, küçəyə çıxmamalıdır.

Bilməliyik ki, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq.

Yəni karantin rejiminin şərtləri nəinki tam bərpa oluna bilər, hətta daha da sərtləşdirilə bilər. Çünki məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər.

Məhdudiyyələrin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməlidir, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik distansiya tələbinə riayət etməlidirlər.

Və bu minvalla koronavirusla mübarizənin növbəti mərhələsinə başlamalıyıq.

Azərbaycanda koronavirusun ikinci dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruridir.

Koronavirusun tüğyan etdiyi dönəmdə dünya ölkələri arasında Sinqapurda tətbiq edilən rejim və qəbul edilən qərarlar "qızıl standart" sayılırdı. Gerçəkdən də, Cənub-Şərqi Asiyadakı bu kiçik dövlətin hakimiyyət dairələri və dövlət qurumları pandemiyaya qarşı genişşmiqyaslı, hətta sərt tədbirlər görmüş, ən ciddi təcrid rejimini tətbiq etmişdilər.

Koronavirusa yoluxanlarla vəfat edənlərin statistikasının aşağı olması Sinqapur hakimiyyətini rejimi ləğv etməyə sövq etdi. Sinqapurlular da karantin rejimi aradan qaldırılan kimi küçələrə axışdılar. Nə sosial izolyasiya qaydalarına əməl olundu, nə də fərdi gigiyena ilə bağlı tövsiyələr yada düşdü.

Sonuc çox pisdir: Sinqapurda koronavirus pandemiyasının ikinci dalğası başlanıb.

10 milyon sakini olan şəhər-dövlətdə hər gün yüzlərlə yeni yoluxma faktı qeydə alınır. Buna rəğmən, Sinqapurda hələ də sərt karantin gerçəkləşmir.

Koronavirusdan ölən sinqapurluların sayı isə 987-yə çatıb.

ABŞ-da da koronavirus pandemiyasının ikinci dalğası istisna olunmur. Federal Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Robert Redfilin dediyinə görə, qışda ikinci dalğa başlanacaq: "Onda yoluxmaların sayı indi fəlakət və faciə kimi yaşadığımız dönəmdən daha çox olacaq".

Redfil onu da vurğulayıb ki, Birləşmiş Ştatlarda qışda koronavirusun ikinci daalğası mövsümi qriplə müşayiət olunacaq. Bu isə ölkənin səhiyyə sistemi üçün çox ağır, hətta dəhşətli yük olacaq.

ABŞ indi koronavirusun ikinci dalğasına hazırlaşır. Yaxın aylarda koronavirus testlərinin miqyası daha da artırılacaq, yoluxmuş şəxslərin təmasları izlənəcək.

"Koronavirusa tam qalib gəldik" tipli qələbə relyasiyalarını sıralayan Çində də koronavirus var və üstəlik, virus daha da aktivləşib.

Çinlə bahəm, Cənubi Koreyada və Tayvanda da eyni situasiyadır. Virusa yoluxma hallarının həftələrdən bəri müşahidə olunan müsbət dinamikasından sonra yenidən COVİD-19-un aktivləşməsi bu ölkələrin hakimiyyət dairələrini daha sərt məhdudiyyət tədbirlərinə əl atmağa vadar edib.

Honkonq Universitetinin epidemiologiya professoru Ben Koulinq deyir ki, insanlar koronavirusun müvəqqəti virus olduğuna, pandemiyanın artıq keçib getməkdə olduğunu düşünürlər. Halbuki bu, çox fəlakətli və qorxulu sonuclara səbəb ola bilər.

"İnsanların çoxu hələ də dərk edmir ki, indiyədək olanlar koronavirus üzərində qələbə yox, müvəqqəti uğurdur. Yəni daimi uğur yoxdur. Koronavirusun ikinci, qlobal dalğası başlaya bilər və bu istisna deyil", - professor söyləyib.

Gerçəkdən də, bütün başqa viruslardan fərqli olaraq, COVİD-19 koronavirusunu aşkarlamaq çətindir. Bu virus atipik pnevmoniya (SARS) ilə müqayisədə daha uzunömürlü olduğundan yeni, ikinci və hətta üçüncü dalğaların qarşısını almaq olduqca çətindir.

Dayanıqlı və effektiv peyvənd hazırlanıb tətbiq olunana və ya Yer əhalisinin tam əksəriyyəti yoluxub sağalanadək koronavirusun yeni dalğalarının qarşısını almaq qeyri-mümkündür.

Ümumiyyətlə, ekspertlər koronavirusla bağlı situasiyanın bundan sonra necə, hansı istiqamətdə inkişaf edəcəyini bilmirlər.

Kimsə bilmir ki, koronavirus, ümumiyyətlə, yox olacaq, yoxsa qrip virusu kimi qalacaq, yoxsa zaman-zaman yayılacaq. Və yaxud immuniteti zəifləmiş insanların orqanimzlərində qalan B hepatitinə bənzəyəcək, bu minvalla yayılmağa davam edəcək?

Onu da anlamalıyıq ki, koronavirus eynən qrip kimi asanlıqla və sürətlə yayılır. Dünyanın əksər ölkələri isə Çin təki səhiyyə və təşkilatı imkanlara sahib deyillər ki, koronavirusun ikinci dalğası başlayanda bəlanın qarşısını alıb onu saxlaya bilsinlər, yayılmanı nəzarətə götürsünlər.

COVİD-19 koronavirus sürəkli böyüyür, dəyişir, mutasiya edir və məhz bu səbəblərdən onu saxlamaq mümkün deyil.

Yeganə yol virusu çözmək, anlamaq, ona uyğunlaşmaq və ən başlıcası, mövcud səhiyyə sisteminin bəlanın öhdəsindən gəlməsi üçün ona uyğunlaşmaq, zəruri tədbirləri görməkdir.

Azərbaycanda hər vətəndaş sağlamğını qorumasa, virusdan qoruna bilməcəyik


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.