Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA
08 Dek 2021 10:17

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

Realpress.az xəbər verir ki, bunu Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova deyib.

Onun sözlərinə görə, hər gün bölgələrdən bununla bağlı cəmiyyətə çoxlu sayda şikayətlər daxil olur.

"Xəstələr son dövrlərdə dərmanların sayının azaldılmasından gileylənirlər. Şəkərli diabetlə mübarizə üzrə 2 cür insulin var: qısamüddətli və uzunmüddətli. Xəstə bunların hər ikisini almalıdır. Amma deyirlər ki, bunlardan birini seçməlisiniz. Belə bir şey ola bilməz. Sonda bu, fəsadların yaranmasına gətirib çıxaracaq və bunun xərcini də yenə dövlət çəkməli olacaq. Çatdırılmada da müəyyən problemlər yaşanır və xəstələr insulini bəzi hallarda vaxtında ala bilmirlər. Nəhayət ən böyük problem keyfiyyətli insulinlərin keyfiyyətsiz insulinlərlə əvəz olunmasıdır", - deyə M.Ömərova qeyd edib.

Səhiyyə Nazirliyindən məsələyə aydınlıq gətirilib. Qurumdan Realpress.az-a verilən məlumata görə, şəkər dərmanları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alınır və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinə təqdim edilir.

"Dərman preparatlarının xəstələrə paylanması bu müəssisələr tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən yeni hazırlanmış proqram layihəsində şəkərli diabetdən əziyyət çəkən xəstələrə verilən dərmanların adambaşına gündəlik 40 vahid əvəzinə 60 vahidə çatdırılması təklif edilib. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən verilən dərman preparatları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılaraq sertifikat əldə etdikdən sonra vətəndaşların istifadəsi üçün tibb müəssisələrinə paylanılır", - nazirlik qeyd edir.

TƏBİB-dən də Realpress.az-a bildirilib ki, şəkərli diabet xəstəsinə insulin təyini Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Qərarla hər bir xəstə üçün vahid norma müəyyənləşib.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005 ci il tarixli 87 saylı qərarına əsasən hər bir şəkərli diabet xəstəsinə sutkalıq 40 vahid insulin yazılmalıdır. Bu analoq insulinlərdən ayda 4 qələm, digər insulinlərdən isə ayda 1 qələm düşür. Adi insulinləri isə xəstələr aya 1000 vahid, yəni ayda 1 ədəd, 5 aydan bir isə 2 ədəd yəni, 6000 vahid ala bilər. ( 40 vahid 30 gün =1200 vahid ×5 aya = 6000 vahid=5 flakon)", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, son məlumatlara görə, ölkədə qeydiyyata alınan şəkərli diabet xəstələrinin sayı 283 min nəfərdir. Dünyada isə şəkərli diabetdən əziyyət çəkənlər 537 milyon nəfər təşkil edir.


6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.

3 May 2021
Səhiyyə - Sağlamlıq

Türkiyənin müdafiə naziri: “Ermənilərə qarşı soyqırım olmayıb” - VİDEO

İraqın şimalında keçirilən “Pənçə-Şimşək” və “Pənçə-İldırım” əməliyyatları ilə əlaqədar mətbuat nümayəndələri qarşısında çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar qondarma “erməni soyqırımı”na dair açıqlama verib.