Səhiyyə Nazirliyinin xüsusi göstərişi ilə ölkədə infeksiyanın yayılması ilə bağlı hazırkı vəziyyəti nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) COVİD-19 infeksiyası ilə mübarizə mövzusunda həkim və orta tibb işçiləri üçün xüsusi onlayn təlimlər həyata keçirilir.
Təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox təhlükə altında olan həkim və orta tibb işçilərindən ibarət olan maksimal geniş auditoriyanı virus və ondan qorunma yolları haqqında məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.
ADHTİ-da keçirilən bu aktual mövzuda onlayn kursların ilkin mərhələsində Bakı şəhərində yerləşən 79 poliklinikada çalışan 2100 nəfər həkim və orta tibb işçisi həmin təlimlərə cəlb olunub. Artıq bir neçə gün ərzində davam edən qısa müddətli onlayn kurslarda koronavirus infeksiyasına yoluxmuş xəstələrlə daim təmas edən tibbi heyətə COVİD-19 xəstəliyi, onun hal-hazırda mövcud olan müalicə sxemləri haqqında ən aktual məlumat təqdim olunur, qarşıya çıxan problemlərin həlli yolları açıqlanıb. Ümumi kurslarla yanaşı, xüsusi olaraq, kiçik tibb işçiləri üçün əksepidemik və biomühafizə tədbirləri və pandemiya şəraitində tətbiq edilən karantin rejiminin qaydalarına həsr olunmuş təlimlər də təşkil olunub. Artıq 800 nəfər tibb işçisi bu onlayn kursları dinləyib, təlimlərdə iştirak ediblər.
Qeyd edək ki, onlayn şəkildə keçirilən kurs və təlimlər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Yoluxucu xəstəliklər, Mikrobiologiya və Epidemiologiya, Terapiya və Pediatriya kafedralarının aparıcı əməkdaşlarının iştirakı ilə istirahət günləri daxil olmaqla, hal-hazırda davam etdirilir.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.