"Final üçün Bakıya 30 mindən çox azarkeş gələcək" — Azad Rəhimov

"Final üçün Bakıya 30 mindən çox azarkeş gələcək" — Azad Rəhimov
24 May 2019 14:38

“Bakı Avrupa Liqasının final matçına hazırdır. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandır”.

“Ölkə.Az”ın Report-a istinadən verdiyi məlumatına görə, bunları gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə “Anadolu” agentliyinə açıqlamasında deyib.

Nazir bildirib ki, UEFA rəsmiləri matçın baş tutacağı Bakı Olimpiya Stadionunu təftiş ediblər və 5 ballıq şkala ilə 4,5 bal qiymət veriblər: “Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb. Bunadək Avrupa Oyunları, İslam Həmrəyliyi Oyunları ve “Formula 1” kimi nəhən yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin matç olacaq”.

Qeyd edək ki, mayın 29-da keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.


8 May 2024
Cəmiyyət

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

“Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq əlaqələrinin əsasını enerji sahəsi təşkil edir”.

8 May 2024
Cəmiyyət

Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir

Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır.

8 May 2024
Cəmiyyət

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İlyas oğlu Cəfərovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

8 May 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerjiyə maraq göstərir”

“Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir”.

8 May 2024
Cəmiyyət

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.