Mikayıl Cabbarov: “Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerjiyə maraq göstərir”

Mikayıl Cabbarov: “Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerjiyə maraq göstərir”
08 May 2024 16:52

“Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

“Biz müəssisələrimizi daha sıx çalışmağa sövq etməyə cəhd göstəririk. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) keçən il Bolqarıstanda rəsmi olaraq təmsil olunmağa başlayıb. Azərbaycan enerji məhsullarını, əsasən, təbii qazını Bolqarıstana ixrac etməyə davam edir. Eyni zamanda, Bolqarıstandan olan qonaqlarımız Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerji layihəsinə maraq göstərirlər”, - M.Cabbarov bildirib.

O qeyd edib ki, Bolqarıstanla əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır.


17 May 2024
Cəmiyyət

Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.

17 May 2024
Cəmiyyət

Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

17 May 2024
Cəmiyyət

Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO

Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.

17 May 2024
Cəmiyyət

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü.

17 May 2024
Cəmiyyət

Cavanşir körpüsü sökülür - RƏSMİ - FOTO

20 may saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.