Kamaləddin Qafarov Binəqədi rayonunda keçirilən Novruz şənliyində iştirak etmişdir

Kamaləddin Qafarov Binəqədi rayonunda keçirilən Novruz şənliyində iştirak etmişdir
20 Mar 2019 20:18

Martın 19-da Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsinəki Heydər Əliyev adına parkda Novruz şənliyi keçirilmişdir. Şənlikdə  Azərbaycan Respublikası Milli Məclisinin deputatları Kamaləddin Qafarov, Madər Musayev, Azay Quliyev, xarici ölkə səfirliklərinin ölkəmizdə akkreditə olunmuş bir qrup əməkdaşı, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Qonaqları və yerli sakinləri parkın girişində  ulu Dədə Qorqud və Bahar qız qarşılamış, onları Novruz bayramı münasibəti ilə təbrik etmiş, xalqımıza əmin-amanlıq, hamıya ruzi-bərəkət və uğurlar arzulamışlar. Qonaqlara xalqımızın qədim ənənəsinə uyğun olaraq duz- çörək və Qarabağımızda yetişən xarı bülbül təqdim edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şənlik iştirakçılarını salamlamış , ölkəmizdə gedən son quruculuq işləri və nailiyyətlər haqqında danışmış, sözü tədbirin iştirakçılarına və  gənc istedadlara vermişdir.  İstedadlı kollektivlərin təqdim etdikləri rəngarəng ifalar və tematik səhnəciklər Novruz şənliyinə toplaşanların böyük marağına səbəb olmuşdur.

Respublikamızın bölgələri üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə ayrı-ayrı rayonların geyim nümunələri, mətbəxi və turizm potensialı ilə bağlı geniş informasiya verilmişdir. Çadırların önündə qonaqları salamlayan, yurdumuzun müxtəlif tarixi qəhrəmanlarının obrazını canlandıran aktyorların oyunu da maraqla qarşılanmışdır.

Şənlik rayonun bədii özfəaliyyət kollektivlərinin və tanınmış ifaçıların böyük bayram konserti ilə başa çatmışdır. 



8 May 2024
Cəmiyyət

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

“Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq əlaqələrinin əsasını enerji sahəsi təşkil edir”.

8 May 2024
Cəmiyyət

Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir

Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır.

8 May 2024
Cəmiyyət

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İlyas oğlu Cəfərovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.

8 May 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq yaşıl enerjiyə maraq göstərir”

“Bu il Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir”.

8 May 2024
Cəmiyyət

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbad Musarza oğlu Musayevin meyitinin qalıqları Lənkəran rayonuna gətirilib.