Azərbaycanın daha bir qadın idmançısı Olimpiadaya lisenziya qazandı

Azərbaycanın daha bir qadın idmançısı Olimpiadaya lisenziya qazandı
08 May 2021 09:42


Azərbaycanın daha bir qadın idmançısı Tokio Olimpiadasına lisenziya qazanıb.

realpress.az-ın xəbərinə görə, qadın güləşçimiz Elis Manolova 68 kq çəki dərəcəsində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirinin yarımfinalında Cəmilə Bakberqenovanı (Qazaxıstan) 5:3 hesabı ilə məğlub edərək finala çıxıb.

Bu, Avropa çempionu Elis Manolovanın Olimpiadaya vəsiqə qazanması üçün kifayət edib.
Bununla da Azərbaycan qadın güləşində Mariya Stadnikdən sonra ikinci, ümumilikdə güləşdə altıncı lisenziyasını qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın rəsmiləşdirdiyi 19-cu lisenziya olub.


10 May 2024
İdman

Böyük futbol bayramından hamı hədiyyə ilə qayıtdı - FOTO

Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinin mükafatlandırma mərasimində 384 iştirakçının hər birinə və 32 məşqçiyə “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.

8 May 2024
İdman

Azərbaycan və Türkiyə milliləri üz-üzə gəliblər - VİDEO

Builki Avropa Amputant Futbol Çempionatına hazırlıqlarını davam etdirən seçmə komandalar yoldaşlıq görüşü keçiriblər.

8 May 2024
İdman

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

8 May 2024
İdman

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.